2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 308 min 740 dollar dəyərində 280 kq nərə balıqlarının kürüsünü ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Kürü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 132 min dollar və ya 74,7%, miqdar ifadəsilə 50 kq və ya 21,7% artıb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 176 min 740 dollar dəyərində 230 kq kürü olunmuşdu.
1 kq kürünün orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1 874 manata başa gəlib ki, bu da illik müqayisədə 568 manat (43,5%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə kürünün orta ixrac qiyməti 1 306 manata başa gəlib.
Bundan əlavə Azərbaycan bu ilin dörd ayı ərzində xaricdən 549 min 760 dollar dəyərində 1 830 kq kürü idxal edib. Son bir ildə kürü idxalını miqdar ifadəsi ilə 80 kq (4,2%), idxala çəkdiyi xərcləri isə 22 min 890 dollar (4%) azaldıb.
Ötən ilin 5 ayı ərzində 572 min 650 dollar dəyərində 1 910 kq kürü idxal edilmişdi.
Azərbaycanın xaricdən aldığı kürünün kiloqramı isə bu ilin dörd ayının nəticələrinə görə 511 manata başa gəlib bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 1 manat ucuzdur. Ötən ilin eyni dövründə bu göstərici 511 manat idi.