Status

Vergilər Nazirliyi bunu istəyir – STATUS  

Vergilər Nazirliyi bunu istəyir – STATUS
  | FED.az
20:53 30 Noy 2018

İqtisadçı ekspert Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki statusunda Vergi Məcəlləsində dəyişikliklərin mahiyyətindən yazıb.
 
ELƏCƏ DƏ BAX: Pensiyalarla bağlı mühüm yenilik – TƏLƏBLƏR DƏYİŞİR
 
FED.az-ın məlumatına görə, ekspert qeyd edib ki, hələ də mətbuatda bununla bağlı ziddiyyətli şərhlər davam edir. Onun fikrincə, qarışıqlıq bir neçə səbəblə izah oluna bilər:
 
“Birincisi, bu dəyişiklərin fəlsəfəsi və onun şərtləndirən amillər sadə və izahatlı şəkildə cəmiyyətə çatdırılmır. Əslində Vergi Məcəlləsində edilən dəyişiklərin fəlsəfəsi ondan ibarətdir ki, vergi ödənişləri dövriyyənin əsasında deyil, əsasən mənfəət bazasında hesablanıb, həyata keçirilsin. Bu da bazar iqtisadiyyatı baxımından çox mühümdür. Çünki, müəssisələr xərclərinin cari, operativ və mühasibat uçotunu aparmağa, mənfəətini maksimumlaşdırmağa vərdiş etməlidir. Eyni zamanda Vergilər Nazirliyi bu dəyişikliklərlə özəl bölmənin, xüsusilə də qeyri-neft sektorunun fəaliyyətini təşviq etmək istəyir. Yeri gəlmişkən qeyd edim ki, yeni dəyişiklər nə dövlət bölməsinə və nə də neft sektoruna şamil olunmur.

Bu dəyişikliyi şərtləndirən amillərə gəlincə, Vergilər Nazirliyi istəyir ki, gizli məşğulluğun leqallaşmasında vergi və sığorta vasitələrindən bir alət kimi yararlansın. Bunu zəruri edən səbəblərə sadələşdirlmiş vergidən büdcə daxilolmaları azalması, xüsusilə də tikinti və ticarətdə mülki-hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin faktiki vergi və sığorta ödənişlərinin potensiala adekvat olmaması, eləcə də bu sahədə gizli məşğulluq geniş yayılması daxildir.
 
İkincisi, cəmiyyət və xüsusilə də fərdi sahibkarlar arasında iqtisadi maarifləndirmə işləri qısa zamanı əhatə edir və zəif gedir. Əslində, Vergilər Nazirliyi bu layihəni ən azı 6 ay əvvəl təqdim etməli və parlamen müzakirəsinə qədər onunla bağlı izahat işləri aparmalı idi, müvafiq institutlarla, qeyri-hökumət təşkilatları ilə işləməli, ixtisaslaşmış jurnalistləri məlumatlandırmalı, onlara təlimlər keçməli idir. QHT-lər isə öz növbəsində vergi ödəyiciləri ilə, mətbuatla işləməlidirlər. Bu sahədə problemlər həm də bir çox QHT-lərin, eləcə də jurnalistlərin müvafiq bilik və bacarıqlarının olmaması ilə əlaqədardır.
 
Nəhayət, cəmiyyətin iqtisadi biliklərinin azlığı burda bir daha açıq şəkildə üzə çıxır. Bu bilikləri ilk növbədə orta məktəblər verməlidir. Yuxarı siniflər şagirdlərinə "İqtisadiyyatın əsasları" dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini də mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha tez həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı olan, akademik Akif Musayevin təcrübəsindən yararlana bilər”.

Digər xəbərlər