Bakıda fəaliyyətə başlayan növbəti Formula-1 yarışları ölkə iqtisadiyatına, xüsusilə də turizm və xidmət sənayesinə müsbət təsmir etsə də, bəzi sahələrdə işə maneələr yaradır.
Eləcə də bax: Bakının bəzi mərkəzi hotellərində qiymət - ON DƏFƏYƏDƏK ARTIB
FED.az xəbər verir ki, iş adamı, geyim biznesində çalışan Elxan Mərdanlı bununla bağlı fikirlərini paylaşıb.
İş adamı bildirir ki, «Formula-1»lə bağlı tətbiq edilən məhdudiyyətlər ticarət müəssisələrinin işinə mane olur, müştəri aıxınını dayandırır, ticarəti sıfıra endirir. Amma bu vəziyyətə görə, ticarət mərkəzləri tərəfindən heç bir güzəşt (məsələn irarə haqqı üzrə) edilmir.
Üstəlik dövlət qurumları da bununla bağlı boş dayanmalar və zərərə görə kompensasiya vermirlər.
Elxan Mərdanlı yazır:
Sahibkar niyə narazı qalmasın ki, Baku City Circuit «Formula 1» Bakıda keçirir və bu ərəfədə mağazaların qarşısı bağlanır və mağaza 0 ilə günü bağlayır. Amma bunun qarşılığında heç kim nə dəstək, nə də kömək olmur. Ticarət Mərkəzləri icarəni alır, fərdi şəxslər icarəni alır, onlar gözləmirlər.
Mağazalar müştəriyə satdığı maldan əldə etdiyi vəsait hesabına işlərini həyata keçirə bilir və bu bütün dünyada belədir, bircə Azərbaycanda belə deyil. Deyirlər müştəri oldu-olmadı bizə aid deyil, pulu verməlisiz. Hələ bu harasıdır, işçilərin əmək haqqı və digər xərclər. Hökumət də bu işdə bizlərə dəstək olmur. İndi bu sahibkar nə etsin?
Əgər bu yarış bizə nəsə verirsə, o zaman biz niyə görmrük. Hanı bu yarışa görə turist, heç olmasa turist olanda sata bilərdik. Bir sözlə görüntü xətrinə həyata keçirilən növbəti bir fəaliyyət. Artıq 2 ildir turist üzünə həsrətik, bütün dünyada turizim inkişaf etdiyi halda biz gözləmə mövqeyindəyik. Nəyi və kimi gözləyirik görəsən. Bizim ölkədə Qeyri Neft Sektorunu elə inkişaf etdirmək olar ki, neft sektoru onun yanında aciz qalar. Amma nə sözümüzü, nə fikrimizi, nə də yanaşmamaızı qəbul edən yoxdur.
Gürcüstanda və Türkiyədə İdxal rüsumu yoxdur, amma bizdə var. Bizdə rüsum və vergilərin yüksək olması qiymətlərin baha olmasına gətirib çıxardır. Bizdə mövcud qanunvericilik sahibkar yönümlü deyil. Onlarda qeyri-neft sektoru, turizm inkişaf edir, bizdə yox.
Azərbaycanı regionun "HUB"ı etmək olar. Təyyarə biletləri elə bir həddədir ki, turist bizdən yan keçib gedir. Ərəblər yaxın qonşu ölkələrdə pulu su kimi xərcləyirlər, amma bizdə ərəb tapmaq olmur. Ən son ölən ümidlərdir və ümid edək ki, bir gün təkliflərimizi qəbul edərlər».