Banner

Status

Roma Papası - PR-IN ATASIDIR - STATUS

Roma Papası - PR-IN ATASIDIR - STATUS | FED.az
08:05 8 İyul 2020

FED.az biznes portalı "Yelo bank"ın ictimai əlaqələr üzrə meneceri İlkin Əhmədin statusunu təqdim edir:

Eləcə də bax: İşçilər bir yerdə ortalama 4,6 il işləyirlər - STATUS

Belə bir məsəl var: balıq başdan iylənir. Həqiqətən, sözün hər mənasında yaxşı rəhbər PR-çının işini böyük həcmdə asanlaşdırır. Bunun bariz nümunəsi kimi Roma Papası Fransiski göstərmək olar. Şəxsi fikrimdir: Papa özünün PR-çısıdır.

Yada salaq, o, Vatikanın lideri seçilən zaman hətta adi katoliklər də kilsədən qaçırdı. Qısa müddətdə Papa həm sözdə, həm də əməldə isbat etdi ki, kilsə dəyişikliklərə hazırdı.

Fransisk daxili problemləri həll etməyə hazır olduğunu göstərdi. Bu isə PR üçün həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı, Papa insanlarla birbaşa ünsiyyətdə, innovativ yeniliklərdə (İT) və ağlasığmaz qərarların qəbul olunmasında maraqlı olduğunu nümayiş etdirdi. Onun ilk çıxış xatirinizdədir? Papa xeyir-dua əvəzinə hər kəsdən onun üçün dua etməyi xahiş etdi. Fransisk sadə həyat tərzi ilə hər kəsin qəlbini fəth etməyə başladı. Kilsədə pedofillərlə bağlı skandala isə əsl antikrizis eksperti kimi yanaşdı. Nə etdi? Ondan öncəki Papadan fərqli olaraq, problemə göz yummadı. Təcavüzün qurbanları ilə şəxsən görüşdü.

Bəs Papanın uğurunun sirri nədir?

Papa ilə görüşdən sonra məşhur aktyor Rassel Krou bunları demişdi: «Mən katolik deyiləm və indiyədək papalarla aramda heç bir bağ olmayıb. Lakin Fransisk mənim ürəyimcədir. O insanların təsəvvürünü dəyişməyi bacardı".

Roma katolik kilsəsi xeyli vaxtdır yenilənməyə ehtiyac duyurdu. O brendin atributlarını ön plana çəkməyə başladı. "Kilsə ilk növbədə ehtiyacı olanlara yardım etmək üçündür", - Papa deyir və hamıya örnək olmağı bacarır: seçildikdən bir sutka sonra Fransisk hər kəsin önünə dəbdəbəli geyimlərlə deyil, adi ağ qiyafədə çıxdı. Hətta daş-qaşlarla bəzədilmiş bahalı xaçı belə adisi ilə əvəzlədi. Papa təbrikləri digərləri kimi oturaq vəziyyətdə deyil, ayaq üstə və hər kəsin əlini sıxaraq qəbul edirdi. Tədbirdən sonra Fransisk limuzinə deyil, kardinallarla eyni avtobusa oturur. O, Vatikanın qanunlarını pozaraq, apostol malikanəsindən imtina edir və adi vətəndaşlar üçün nəzərdə tutulmuş Casa Santa Marta-da məskunlaşır. Üstəlik, Papa hər kəslə eyni yeməkxanada qidalanır və deyir ki, burada özünü böyük ailənin üzvü kimi hiss edir.

Fransiskin bir çağırışı ilə 3 milyon insan kilsələrə deyil, açıq səma altında Kopakabana çimərliyinə toplaşır. Fantastika!

O, istənilən şəxsə, hər bir şikayətçiyə bir zəng qədər yaxındır. Məşhur "LaRepubblica" qəzetinin keçmiş baş redaktoru belə bir hadisə danışır: "Mən telefonun dəstəyini qaldırdım və eşitdim: "Sabahınız xeyir, danışan Roma Papası Fransiskdi. Siz bizə məktub yazmısınız və tanış olmaq istədiyinizi bildirmisiniz. Dördüncü gün görüşə bilərik? 15:00 sizi qane edir?" 60 illik jurnalist fəaliyyətim ərzində mən bir sıra dövlət və hökumət başçıları, yüksək vəzifə tutan insanlarla əlaqə qurmuşam, bəziləri ilə hətta dostam. Lakin Papa ilə dostluq edəcəyimi təsəvvür belə edə bilməzdim". Yeri gəlmişkən, bu adam qatı ateistdi!

Sosial şəbəkələrin vacibliyini anlayan Papa inanclı şəxslərlə buradan ünsiyyət qurmağa başladı. Pontifik katolik kilsə auditoriyasının "qocaldığını" və gənclərin üz döndərdiyini dərk edirdi. Onun sosial şəbəkələrə gəlişi öz effektivini verdi. Papanı Twitter-də izləyən təxminən 19 milyon istifadəçidən biri də siz ola bilərsiniz.

Fransiskin üstün tərəflərindən biri odur ki, o, problemləri çox yaxşı bilir, qəbul edir və onları həll etməyə çalışır. Katolik kilsə ətrafında xeyli qalmaqal baş verib. Məsələn, Vatikan bankı vasitəsilə çirkli pulların yuyulması və rüşvət halları. Cavab olaraq Vatikan operativ şəkildə bəyan etdi ki, KPMG və McKinsey ilə birgə idarəetmə və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi üzərində işləyir. Ardınca pontifik bankdakı probləmlərə 5 il ərzində nəzarət edəcək kardinallar təyin etdi. Bu, Vatikan tarixində ən ciddi struktur islahatları idi.

Digər xəbərlər

Banner