Biznes üçün tələb olunan addımları atmayan, amma möcüzəyə inanan iş adamları Azərbaycanda kifayət qədərdir.
FED.az xəbər verir ki, tannımış iş adamı və biznes təlimçi Fəxri Ağayev sosial şəbəkədə bölüşyüyü statusda bildirir ki, bəzi sahibkarlar əslində biznesin inkişafı üçün təməl sayılan bəzi addımları atmaqdansa, biznesi «ənənəvi» şəkildə idarə edir, sonra isə bundan böyük nəticələr gözləyirlər.
“MÖCÜZƏYƏ inanan İŞADAMLARI :)
- Qohum əqrəbasını işə alan ;
- Şirkət gəlirlərini öz kefinə görə sağa sola dağıdan ;
- Xərclərə nəzarət etməyən, işində hesab-kitab olmayan ;
- İnsan resurslaır, Müştəri xidmətləri, marketinq kimi işləri "boş xərc" adlandıran "işadamı" məndən MÖCÜZƏ gözləyir :)
"Gəl öncə satışları artıraq, o biri dediklərini sonra edərik, müəllim"
SATIŞ özü özlüyündə artmır. Yüksək satış, bir çox proses, prosedur, doğru qurulan işin və fəaliyyətin, sistem və standartın nəticəsidir.
Iş həyatında möcüzə olmur və olmayacaq da artıq.
Iş həyatında məqsədlər, planlar, system, doğru insanları işə götürərək onları doğru istiqamətləndirmək, maksimum effektiv işləmələri üçün şəratinin təmin edilməsi, gündəlik zəhmət, müştərinin qayğısına sözdə qalmaq, uzun müddətli perspektivlər üzərində gündəlik və davamlı zəhmət, marketinq, reklam, prosedurlar, sistemli düşüncə tərzi, işçilərin və idarəçilərin DAİMİ inkişafı və digər, biznesi biznes edən, rəqabət gücünü artıran yüzlərlə məqamlar və fəaliyyət sahələri var.
Bunlar lazım olmasaydı, Toyota, Apple, IKEA, General Electric, Wall-Mart və digər dünya nəhəngləri boş yerə yatırımlar etməzdilər – üzərrik yandırardı və yaxşı satış müdiri axtaradı ki, gəliri artsın.