Çox təəssüf ki, Azərbaycanda koronavirusla mübarizə üçün verilmiş qərarlar bu qərarları qəbul edənlərin nə qədər qeyri-peşəkar və diletant (həvəskar) olduğunu göstərir.
FED.az xəbər verir ki, bu barədə beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, «Bureau De Qualite» şirkətinin rəhbəri Asif İbrahimov bildirib. İndiyədək görülən tədbirlərə münasibətini bildirən mütəxəssis karantin və onun idarə edilməsi ilə bağlı qərraların düzgün verilmədiyini bildirərək qeyd edib ki, əslində daha yaxşı nəticələrə nail olmaq mümkün idi.
Bakıda 1000 kvadratlıq marketə 1500 nəfər - NECƏ SIĞIŞMIŞDI? – VİRUS RİYAZİYYATI - STATUS
Ekspert yazır:
«Ticarət obyektləri qapadılanda mətbuat vasitəsi ilə Ticarət obyektlərinin qapadılması əvəzinə sanitar gigiyenik-qaydaların sərtləşdirilməsini təklif etmişdim.
Bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmaq lazım idi. Sahə həkimləri bir-bir qapıları döyüb həm mümkün xəstəlik daşıyıcılarını müəyyən edərək təcrid etməli, eyni zamanda maarifləndirmə işləri aparmalı idi.
Bundan başqa gələcək qərarların düzgünlüyünü təmin etmək məqsədi ilə bütün vətəndaşlardan testlər götürülməli, müalicə zərurəti olan vətəndaşlarımız müəyyən edilməli idi.
Paralel olaraq bir çox qabaqcıl istehsal modellərini, beynəlxalq standartları gündəlik həyatımızda tətbiq edərək yaşadığımız, işlədiyimiz, istifadə etdiyimiz bütün məkanları steril, təhlükəsiz məkanlara çevirə bilərdik.
Nümunə olaraq qeyd edim ki, bir çox istehsal sahələri yüzlərlə fiziki, bioloji və kimyavi təhlükələrin yaratdığı risklərlə üz üzə qalır. Lakin yaradılan steril mühit, qabaqlayıcı tədbirlər və aparılan sanitar-gigiyenik tədbirlər hesabına bu təhlükələrin qarşısı alınır, kütləvi zəhərlənmələrin, yoluxmaların, ətraf mühitə və insan sağlamlığına zərər verə biləcək potensial qüvvələr nəzarət alrına alınır. Bu pandemiya dönəmində də ticarət obyektlərini qapatmadan da bəzi vasitələrdən və metodikalardan istifadə etməklə bir çox neqativ halların önünə keçə bilərdik.
Çox təəssüflər olsun ki, verilmiş qərarlar bu qərarları qəbul edənlərin nə qədər qeyri-peşəkar və diletant (həvəskar) olduğundan xəbər verir. Bunun əvəzinə bu "mötəbərlər" xalqımız məsuliyyətsiz və buna bənzər ifadələrlə təhqir də edirlər. Axı o məsuliyyətsiz dediyiniz insanlar mahiyyətini dərk etmədiyi bir xəstəliyin ciddiyətini necə başa düşə bilər? Üstəlik də, sosial problemlərinin mövcud olduğu, təcridlər üzündən gərginliyi olduğu bir vaxtda...
Sosial cəhətdən təmin edilməmiş insanı evdə bağlasınız da evdən çıxmağın leqal və illeqal yolunu tapacaq.Buna əmin olun.
Bir daha təkrar edirəm ki, koronovirusla mübarizə fonunda apardığınız işlər qeyri-peşəkarcasınadır.Bu səriştəsizliyiniz nəticəsi hələ Azərbaycan üçün uzun illər təhlükə mənbəyi olaraq qalacaq».
"Hər adama 250 manat ödəniş, 3 gün vaxt verilsin - SONRA İSƏ CƏRİMƏLƏR" – HÖKUMƏTƏ TƏKLİF