İrana sanksiyalar mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək.
FED.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki statusunda yazıb.
ELƏCƏ DƏ BAX: Rayonlarda ipoteka faizi endirilməlidir - STATUS
Ekspert qeyd edib ki, sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq: “Azərbaycan üzərindən Rusiya İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr də zəifləyəcək. Lakin, bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək.
Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq”.
İranlılar ev almaq üçün – BAKIYA AXIŞACAQ
19:32
5 Noy 2018