İş adamı, marketinq üzrə ekspert Müşfiq Hüseynov, 20 Yanvar faciəsinin indiyədək lazımi səviyyədə, dünya miqyasında ekranlaşdırılmadığını bildirir. Ekspertin sözlərinə görə, həm miqyasına, həm də ağır nəticələrinə görə, keçmiş SSRİ məkanının ən böyük faiciələrindən biri sayılan 20 Yanvar hadisəsini dünyaya tanıtmaq üçün indiyədək bu barədə dünya səviyyəli film çəkmək olardı. Bunun üçün Azərbaycanın bütün imkanları vardı. M.Hüseynov yazır:
Eləcə də bax: "Formula 1"in Azərbaycana nə xeyri var? - RƏSMİ AÇIQLAMA
Film sənayesində də belədir.
Yeməyənin payını yeyərlər.
#Çernobel qəzası oldu, minlərlə insan dünyasını dəyişdi, yüz minlərlə insan xəsarət aldı, bəlkə də təbiətə bundan sonra 100 il bundan sonra da ziyan dəyəcək, hadisə SSSR baş verəcək amma bütün bunları çəkib qazanacaq USA UK.
Tatixi hadisələri, bəlkə də az əhəmiyyətli lakin ictimayətin diqqət mərkəzində olan onlarla sıralaması var ki, SSSR/Rusiya birbaşa iştirakçısı olub, zərər görüb, zərər gördürüb lakin olanlardan istifadə edə bilməyib.
Gör nə qədər zəyif olasan ki, öz yaxın tarixində baş verənləri, awareness i olan məhsulu ( hadisəni ) düzəməlli lenta almayıb uğur qazanmayasan. Axı bunu etməyə sənin hər cür şəraitin var. Tarix sənin, persanajlar sənin, yer məkan sənin... bunu səndən başqa kim səndən yaxşı çəkə bilər???
Stalinqrad
Kursk
Putğ domoy
Bridge of Spies
Nomer 44
The Spy (serial)
Red Joan
Amma fikir ver USA ya. Öz İraqdakı, Veytnamdakı və digər ölkələrdəki səhvlərini nə cür lentə alıb ən yaxşı formada istifadə edir. Öz trixini özü “satır”. O cümlədən Fransa, İtaliya, GB...
Sənə kim mane olur ki, 1990 cı il 20 yanvar hadisələrini ( misal üçün ) 3 cavan gəncin müstəqillik uğrunda etdikləri hər cür fədakarlıq fonund çəkib, lenta alıb, onsuz da 30 il ərzində formalaşmış brendi dünya film tarixinin qızıl albomuna ( palma, oskar, ayı ) yazdırmayasan? Örnəyi Titanik, Spasaə rədovoqo Raymona, Pulun mu yoxdur?
90/20/ Black January sözləri brendə hamilədir. 30 il ərzində dövlətin dəstəyi ilə simpoziumlar, forumlar, Pr kampaniyalar, görüşlər, anımlar, mitinqlər, flash moblar keçirilib. Niyə 5 dahi rejisordan birinin masasına F1 ə verdiyimiz pulun 1/5-ini, İslam oyunlarına ayırdığımız pulun 1/10-nu, Avropa oyunlarına ayırdığımız pulun 1/15-ni qoyub «Oskar, Qızıl Palma, Globus, Ayı istəyirəm» deməyəsən?
Geniş ictimaiyətin diqqətini cəlb etmək üçün bundan yaxşı üsul mu var Yəhudilər “ Spisok Şillera, Pianist” çəkməklə ortaya qoydular?
Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!».