Yanvar ayında Azərbaycanda demək olar ki, bütün əsas ərzaq malları bahalaşıb.
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvar ayında ölkədə ərzağın qiyməti ümumilikdə 1,3% artıb.
Eləcə də bax: Azərbaycanda bahalaşan və ucuzlaşan - ƏRZAQLAR, SİYAHI
Bəzi ərzaq növlərində artım, digərlərində azalma var, amma istehlak zənbilində əsas yer tutan ərzaqlar bahalaşıb.
Beləliklə, dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında
Düyünün,
Qarabaşaq yarmasının,
Makaron məmulatlarının,
Mal ətinin,
Təzə və dondurulmuş balığın,
Kolbasa məmulatlarının,
Südün, yoqurtun, xamanın,
Brınza pendirinin,
Yumurtanın,
Kərə və bitki yağlarının,
Limonun, naringinin,
Alma-armudun, heyvanın, narın, xurmanın,
Fındığın, şabalıdın,
Kələmin,
Xiyar-pomidorun,
Balqabağın,
Bibər-badımcanın,
Sarımsaq-soğanın,
Kartofun,
Şəkərin,
Çay-qəhvənin,
Spirtli içkilərin qiymətlərində bahalaşma olub
Ucuzlaşan ərzaqlar isə bunlardır:
Portağal,
Banan,
Kivin,
Qoz,
Çuğundur,
Yerkökü,
Mərci,
Şəkər tozu,
Energetik içkilər.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.