2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci illə müqayisədə 2,6%, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,0% artıb.
Eləcə də bax:Azərbaycan Mərkəzi Bankı - İNFLYASİYA PROQNOZUNU YENİLƏYİB
FED.az Dövlət Statistika Komitəsinə istənadən xəbər verir ki, ötən ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,1%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 0,1% təşkil edib.
Ötən ay bahalaşan ərzaq malları
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə
düyünün,
manna və qarabaşaq yarmasının,
vermişelin, spagettinin,
mal və qoyun ətinin,
təzə və dondurulmuş balığın,
kolbasa məmulatlarının,
pasterizə olunmamış üzlü südün,
pendirin, yumurtanın, kəsmiyin,
günəbaxan yağının,
bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın,
kələmin, xiyarın, pomidorun,
balqabağın, bibərin, badımcanın,
sarımsağın, soğanın,
kartofun, limonadın qiymətlərində
bahalaşma olub.
Ucuzlaşan ərzaq malları
Dekabrda
unun,
toyuq ətinin,
yoqurtun, xamanın,
kərə, zeytun və qarğıdalı yağlarının,
limonun, portağalın, naringinin,
heyvanın, kivinin,
qozun, şabalıdın,
çuğundurun, yerkökünün,
şəkər tozunun, çayın,
energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ötən ay bahalaşan ərzaq malları
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə
düyünün,
manna və qarabaşaq yarmasının,
vermişelin, spagettinin,
mal və qoyun ətinin,
təzə və dondurulmuş balığın,
kolbasa məmulatlarının,
pasterizə olunmamış üzlü südün,
pendirin, yumurtanın, kəsmiyin,
günəbaxan yağının,
bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın,
kələmin, xiyarın, pomidorun,
balqabağın, bibərin, badımcanın,
sarımsağın, soğanın,
kartofun, limonadın qiymətlərində
bahalaşma olub.
Ucuzlaşan ərzaq malları
Dekabrda
unun,
toyuq ətinin,
yoqurtun, xamanın,
kərə, zeytun və qarğıdalı yağlarının,
limonun, portağalın, naringinin,
heyvanın, kivinin,
qozun, şabalıdın,
çuğundurun, yerkökünün,
şəkər tozunun, çayın,
energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.