2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 62,5% - 16,446 min ədədə qədər azalıb.
Eləcə də bax: Azərbaycana kondisioner idxalı - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $5 milyon 191,5 min məbləğində (azalma 51,3%) qiymətləndirilir.
Yanvar-aprel aylarında Azərbaycana $28 milyon 180 min dəyərində (artım 18%) 210,3 min ədəd (artım 32,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 5,1% - 58,845 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $11 milyon 302,3 min (azalma 0,8%) təşkil edir.