2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 10,738 milyon dollar təşkil edib.
Eləcə də bax: Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları artıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Mart ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin martı ilə müqayisədə 1,5 dəfə artıb və 5,797 milyon dollara bərabər olub.
2021-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 4,707 milyard dollar təşkil edib.
Son 12 ay ərzində (mart 2020 - mart 2021) Türkiyə 17,611 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)