Azərbaycanda televizorların qiymətində qiymətində son bir il ərzində 120 manata yaxın artım qeydə alınıb.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabrda televizorların qiyməti 824,17 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 839,61 manata yüksəlib. Bu da 15,44 manat və ya 1,9% artım deməkdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 16,3% yəni, 118,04 manat artım olub. Xatırladaq ki, ötən ilin oktyabrında televizorların qiyməti 721,57 manat idi.