Azərbaycanda zeytun yağı orta qiymətində son bir illə müqayisədə təxminən 10% bahalaşıb.
Belə ki, 1 litr zeytun yağının son bir ildəki orta qiyməti 1 manat 31 qəpik, yəni 9,8 faiz artaraq 13 manat 35 qəpikdən 14 manat 66 qəpiyə yüksəlib. Yerli zeytun yağının qiyməti 1 manat 59 qəpik, və ya 13,7% artaraq 11 manat 60 qəpikdən 13 manat 19 qəpiyə doğru dəyişib. İdxal oluna zeytun yağının qiymətində isə 1 manat və ya 6,5% artım olub. Bununla ötən ilin oktyabrında 15 manat 40 qəpik olan yağın qiyməti cari ilin oktyabr ayında 16 manat 40 qəpik təşkil edib.
Günəbaxan yağının qiymətində də artım müşahidə olunub. Belə ki, 1 litr günəbaxan yağının orta qiyməti 4 manat 27 qəpikdən 5 manat 74 qəpiyə qalxıb. Nəticədə 1 manat 47 qəpik və ya 34,4% bahalaşma baş verib. Yerli günəbaxan yağının qiyməti də 4 manat 22 qəpikdən 5 manat 60 qəpiyədək artıb. Nəticədə qiymətlər 1 manat 38 qəpik, yəni 32,7% yüksəlib. İdxal olunan günəbaxan yağının qiyməti isə 1 manat 84 qəpik, yəni 41,4% artaraq 4 manat 44 qəpikdən 6 manat 28 qəpiyə dəyişib.
Qarğıdalı yağlarına gəldikdə isə, bu yağların 1 litrinin orta qiyməti 5 manat 53 qəpikdən 7 manat 46 qəpiyə doğru dəyişib. Nəticə də qiymətlər 1 manat 93 qəpik, yaxud, 34,9% artıb. Yerli istehsal olunan qarğıdalı yağı ötən ilin oktyabr ayında 5 manat 41 qəpik təşkil edirdisə, cari ili müvafiq dövründə bu rəqəm 7 manat 17 qəpik olub. Nəticədə 1 manat 76 qəpik, yəni 32,5% qiymət artımı baş verib. İdxal məhsullarında da artım qeydə alınıb. Belə ki, keçən ilin oktyabrında 1 litr qarğıdalı yağı 5 manat 84 qəpik idisə bu ilin oktyabrında bu rəqəm 7 manat 61 qəpik olub. Nəticədə, ötən illə müqayisədə 1 manat 77 qəpik və ya 30,3%-lik fərq yaranıb.