Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.
Azərbaycanda sement istehsalı 5 faizə yaxın artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkə Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubunu 2019-cu ildə 133 ABŞ dollarına (227 manat), 2020-ci ildə 117 dollara, 2021-ci ildə 135 dollara, 2022-ci ildə isə 203 dollara almışdı.
2023-cü ildə isə bu rəqəm artıq 213 dolları ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pre-pandemiyadakından 60-70% daha bahadır.
Qiymətlər digər taxta materiallarında da özünü göstərir. Məsələn, ikinci ən çox alınan ağ şam ağacının (küknar) hər kub metri üçün 210 dollar ödənilib. Bu, 2022-ci ildə 206 dollar idi.
2023-cü ilin ilk 11 ayında Rusiyadan 191.96 min kub-m ($40.89 mln.) ağ şam ağacı, 155.39 min kub-m ($32.68 mln.) küknar ağacı və 173.49 min kub-m ($32.61 mln.) ağacyonqarlı plitələr idxal edilib.
Ümumilikdə, Rusiyadan 183.34 mln. dollarlıq taxta materialları alınıb.