Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ildə istehsalın ümumi dəyəri 1 milyard 180,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 31,8 faiz artmışdır.
FED.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilir.
Qeyd edilib ki, dövr ərzində tikinti gipsinin istehsalı 98,1 faiz, gips məmulatlarının istehsalı 73,5 faiz, sement klinkerlərinin istehsalı 36,9 faiz, sement istehsalı 4,6 faiz artmışdır.
2023-cü ildə Azərbaycanda əvvəlki ilə nisbətən 36,9% çox olmaqla 3 milyon 869,4 min ton sement klinkerləri və əvvəlki ilə nisbətən 4,6% çox olmaqla 3 milyon 725,4 min ton sement istehsal edilmişdir.