2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 726,5 milyon manatlıq içki və siqaret məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-dekabr aylarına nisbətən 0,4% azdır.
Ötən ümumilikdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4% faizi içki və siqaret məhsullarının alınmasına sərf olunub.
Təkcə dekabr ayında içki və siqaretə xərclənən vəsaitin məbləği isə 441,7 milyon manat təşkil edib.