2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində 31 milyard 408,1 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-dekabr aylarına nisbətən 2,3% çoxdur.
Ötən ümumilikdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə dekabr ayında ərzağa xərclənən vəsaitin məbləği isə 4 milyard 158,1 milyon manat təşkil edib.