2022-ci ildə Azərbaycanda rüşvət cinayətlərinin sayı artıb.
Azərbaycanda iqtisadi cinayətlər kəskin artıb – RƏSMİ RƏQƏMLƏR
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə rüşvət cinayətlərinin sayı 5,5% artıb.
Rəsmi məlumatlara görə, 2022-ci ildə Azərbaycanda cəmi 193 rüşvət cinayəti qeydə alınıb.
2021-ci ildə bu rəqəm 183 cinayət, 2020-ci ildə isə 114 cinayət olmuşdu.