Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 258,7 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayına nisbətən 2,5% çoxdur.
Yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,9% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.










