Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 600,5 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayına nisbətən 1,2% çoxdur.
Yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 49,1% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısına yaxın olduğunu göstərir.











