2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50.1 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşmüşdür.
Eləcə də bax: Regionlarda hər 3 işçidən 2-si - Büdcə Təşkilatlarında Çalışır – RƏQƏMLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, DSK-ya görə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77.9 faizi, ali təhsil müəssisələrində 54.8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46.4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62.4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48.9 faizi qızlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58.1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2.6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2.3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48.2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21.3 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatmışdır.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artmışdır.
Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130-dan çox qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur