Azərbaycanın regionlarında işləyənlərin dövlətvə özəl sektor üzrə bölgüsü məlum olub. FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin sonuna ölkədə əmək müqaviləsi ilə çalışan 1 milyon 691,8 min nəfər olub.
Bunlardan 910,8 min nəfər (54%) dövlət təşkilatlarında, 781 min nəfər (46%) isə qeyri-dövlət təşkilatlarda çalışıb.
Ölkə üzrə rəsmi işləyənlərin yarıdan çoxu – 859,4 min nəfər Bakıda çalışır. Bunlardan 403,9 min nəfər dövlət, 455,5 min nəfər isə qeyri-dövlət təşkilatında işləyər. Başqa sözlə, paytaxtda işəilərin dövlət/qeyri-dövlət bölgüsü 47%/53% təşkil edir.
Abşeon iqtisadi rayonunda (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonu) işləyənlərin ümumi sayı 93,4 min nəfərdir. Bunlardan 43,1 min nəfər (46%) dövlət, 50,3 min nəfər (54%) isə qeyri-dövlət sektorunda çalışır.
Azərbaycanın digər regionlarında isə işləyənlərin ümumi sayı 739 min nəfərdir. FED.az-ın hesablamalarına görə, onların böyük hissəsi – 463,8 min nəfəri dövlət sektorunda, 275,2 min nəfər isə qeyri-dövlət sektorunda çalışır. Başqa sözlə, Bakı və Abşeron iqtisadi rayonundan kənarda işləyənlərin 63%-i dövlət sektorunda, cəmi 37%-i özəl sektorda çalışır.