Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 836,9 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Eləcə də bax: Naxçıvanda yeni kredit qoyuluşu - 54% Artıb
FED.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
9 aylıq sənaye istehsalının 96,6%-ni əmtəə, 3,4%-ni isə xidmət təşkil edib. Sənaye məhsulunda özəl bölmənin payı 94,2% olub ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Hesabat dövründə muxtar respublikada dövlət dəstəyi ilə 100 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 59 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Yanvar-sentyabrda sənayenin inkişafı məqsədilə bank və bank olmayan kredit təşkilatları təsərrüfat subyektlərinə 17,9 milyon manat kredit verib ki, bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur.
9 ay ərzində muxtar respublika 223 milyon ABŞ dolları dəyərində sənaye məhsulu ixrac edib. (Report)