Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 119,4 milyon manat kredit verib.
Eləcə də bax: “Naxçıvan Bank”ın nizamnamə kapitalı - ARTIRILIB
FED.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,8% çoxdur.
Yeni kreditlərin 13,9 milyon manatı və yaxud 11,6%-i qısamüddətli, 105,5 milyon manatı və yaxud 88,4%-i uzunmüddətli kreditlər olub. Bu da illik müqayisədə müvafiq olaraq 41,9% və 55,5% çoxdur. (Report)