Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 37 mln 167 min 500 manat kredit verilib.
FED.az xəbər verir ki, yerli Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 1,678 milyon manat və ya 82,3% çoxdur.
Eləcə də bax: Naxçıvanda sənayenin kreditləşməsi 2,5 dəfə artıb
Verilmiş kreditin 16 mln 359 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 mln 808 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 96,2% və 72,7% çoxdur.
Bu dövrdə 29 hüquqi və 1 908 fiziki şəxs qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyata alınan hüquqi şəxslərin sayı dəyişməz qalsa da, fiziki şəxslərin sayında 973 vahid və ya 33,8% azalma qeydə alınıb. (Report)