Avqustun 1-nə muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib.
Eləcə də bax: Muzdla çalışanların 926,6 mini dövlət sektorunda - FƏALİYYƏT GÖSTƏRİB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri-neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb. Müәssisә vә tәşkilatlarda muzdla çalışan işçilәrin 24,9 faizi mәhsul istehsalı sahәlәrindә, o cümlәdәn 8,4 faizi tikintidә, 7,6 faizi emal sәnayesindә, 3,4 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq sahәlәrindә, 2 faizi mәdәnçıxarma sәnayesindә, 1,8 faizi su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı, 1,7 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahәlәrindә mәşğul olub.
Xidmәt sahәsindә işlәyәnlәrin 19,5 faizi tәhsil, 18,2 faizi ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri, 8,1 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, 6,6 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 4,6 faizi inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, 4,5 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,4 faizi peşә, elmi vә texniki fәaliyyәt, 3,3 faizi istirahәt, әylәncә vә incәsәnәt, 1,7 faizi informasiya vә rabitә, 1,7 faizi maliyyә vә sığorta fәaliyyәti, 1,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 1,1 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi vә 1 faizi daşınmaz әmlakla әlaqәdar әmәliyyatlar sahәlәrindә çalışıblar. Yeddi ayda bir işçiyә düşәn orta aylıq işlәnmiş iş saatlarının miqdarı 132,6 saat tәşkil edib.