Cari ilin yanvar-sentyabr aylarında maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər 12 milyard 728,9 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 574,5 milyon və ya 25,4% çoxdur.
Belə ki, 2022-ci ilin 9 ayında maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 10 milyard 154,4 milyon manat olub.
Qeyd edək ki, ümumi məbləğin 5774,8 milyon manatı müəssisə və təşkilatların öz vəsaitlərinin, 336 milyon manatl bank kreditlərinin, 5 162,2 büdcə vəsaitlərinin,793,6 milyon manatı, əhalinin şəxsi vəsaitlərinin, 662,3 milyon manatı sair vəsaitlərin hesabına formalaşıb.