2023-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 26%-dən çox artıb.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən məlumat verir.
Belə ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi real ifadədə 26,1 faiz artaraq 645,3 milyon manat olub,
2022-ci ildə ictimai iaşə dövriyyəsi 438,1 milyon manat təşkil edib.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59,0 faizi hüquqi şəxslərin, 41,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 17,0 faiz artaraq 382,2 milyon manat olmuşdur.
|
2023-cü ilin yanvar-iyun ayları, min manat |
2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə |
Cəmi: |
645 306,6 |
126,1 |
o cümlədən: dövlət |
4 595,2 |
90,1 |
qeyri-dövlət |
640 711,4 |
126,5 |
ondan: fiziki şəxslər |
263 135,4 |
142,1 |