Gəncə Avtomobil Zavodu özünün əsas məhsullarının istehalını kəskin azaldıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gəncə Şəhər Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin ilk yarısında Gəncə şəhərindəki müəssisələrdə, daha dəqiqi Gəncə Avtomobil Zavodunda 308 traktor, 134 MAZ yük avtomobili buraxılıb.
Ötən illə müqayisədə avtomobil istehsalı azalıb, kombayn istehsalı isə ümumiyyətlə dayanıb.
Belə ki, ötən il Gəncədə 364 traktor və 164 MAZ yük avtomobili buraxılmışdı. Yəni traktor istehsalı 54 ədəd və ya 15%, MAZ istehsalı isə 30 ədəd və ya 20% aşağı düşüb. Eyni zamanda bu il zavodda taxılyığan kombayn da buraxılmayıb – ötən il bu dövründə isə 50 kombayn buraxılmışdı.