Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayına nisbətən 5,8% çoxdur.
Yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 5,7% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.










