“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.
Bu işçilər 4 min manata yaxın - MAAŞ ALIR
FED.az xəbər verir ki, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27.1 min nəfər olmuşdur ki, onların da 29.4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7.1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3.5 faizi 4-cü təsnifatı, 11.3 faizi 5-ci təsnifatı, 8.3 faizi 6-cı təsnifatı, 47.1 faizi 7-ci təsnifatı, 22.7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 7.9 faizi 1 ilədək, 24.1 faizi 1 ildən 5 ilədək, 22.9 faizi 5 ildən 10 ilədək, 18.4 faizi 10 ildən 15 ilədək, 26.7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2.8 faizini 25 yaşadək, 14.4 faizini 25-29 yaşda, 17.3 faizini 30-34 yaşda, 15.7 faizini 35-39 yaşda, 12.0 faizini 40-44 yaşda, 9.1 faizini 45-49 yaşda, 7.7 faizini 50-54 yaşda, 9.3 faizini 55-59 yaşda, 10.0 faizini 60-64 yaşda, 1.7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40.1 faiz artaraq 1785.1 manat təşkil etmişdir.