Cari ilin iyul ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın və pivənin qiymətlərində müşahidə edilib.
Eləcə də bax: Hər bir Azərbaycan vətəndaşı orta hesabla 379,8 manat xərcləyib - STATİSTİKA
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, həmin müddət ərzində təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətləri isə ucuzlaşıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.