Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artaraq 1065,7 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az maaş – HANSI RAYON/ŞƏHƏRDƏDİR – SİYAHI, MƏBBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilir.
Xatırladaq ki, bir ay əvvəl, yanvar-may aylarının nəticələrinə görə, Bakıda orta aylıq əmək haqqı 1066,9 manat təşkil etmişdi. Başqa sözlə bir ay əvvəllə müqayisədə paytaxtda əmək haqqınin məbləği aşağı düşüb.