Azərbaycanın rayon və şəhərlərində əmək haqqının orta məbləği açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.07.2022-ci il tarixə ən yüksək əmək haqqı Bakı şəhərindədir – 1066 manat.
Əmək haqqının məbləğinə görə, ölkədə ikinci yeri Daşkəsən tutur – 858 manat. Daşkəsən rayonu bu göstəricilərinə görə, ölkənin iri şəhərlərini – Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir və Lənkəranı geridə qoyub. Gədəbəy rayonunda da orta aylıq əmək haqqı sadalanan şəhərlənrdən yüksəkdir – 737 manat.
Daşkəsən və Gədəbəydə maaşların belə yüksək olması bu rayonlardakı yataqlardan qızıl və metal yataqlarında çalışanların əmək haqqı ilə bağlıdır.
Sumqayıtda isə əmək haqqı 712 manatdır.
İşğaldan azad olunan ərazilərdə aparılan təmir işləri nəticəsində, məsələn, Şuşada əmək haqqı 691 manat təşkil edir.
Ölkədə ən az əmək haqqı olan bölgə isə Şəki-Zaqatala bölgəsidir – burada Qax rayonunda əmək haqqı ölkədə ən aşağıdır - 448 manat. Zaqatalada əmək haqqı 471 manat, Xızı – 482 manat, Balakən – 480 manat, Beyləqan- 494 manat, Kürdəmir – 497 manat, Sabirabadda isə 498 manat təşkil edir.