2023-cü ilin yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,0 faiz çox və ya 15080,3 milyon manat məbləğində məhsul satılıb.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir.
Bundan başqa əhaliyə xidmət subyektləri tərəfindən 3240,3 milyon manatlıq ödənişli xidmət göstərilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 17,5 faiz artıb.