Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 412,8 milyon manat, xərcləri isə 29 milyard 155,2 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 %, xərclər isə 12,2 % çoxdur.
Son nəticədə büdcədə 486,8 milyon manat profisit yaranıb. Bu, 1 il əvvələ nisbətən 83,8 % azdır. Ötən ilin eyni dövrində profisit 3002,6 milyon manat olub.