Bu ilin doqquz ayında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 3.0 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.6 mlrd.$ profisit olub.
FED.az xəbər verir ki, bu, 2023-cü ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında deyilir.
Nəticədə ilkin gəlirlər balansında kəsir 44.5% azalaraq 2.4 mlrd.$ təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.3 mlrd.$ olub. Bunun 71.7%-i 3.8 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.0 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.9 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (307.8 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (337.1 mln.$) və digər ödənişlər (202.9 mln.$) təşkil edib.