2024-cü ilin yanvar ayında Azərbaycanda yumru düyünün 1 kq-nın orta satış qiyməti 2,95₼ təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,17₼ və ya 6% çoxdur.
Bununla yanaşı yerli istehsal olan yumru düyünün 1 kq-ının qiyməti 3,07₼ təşkil edib ki, bu da illik fərqlə 0,27₼ və ya 10% bahadır.
Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 2,85₼ təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0,13₼ və ya 5% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında 1 kq yumru düyünün orta qiyməti 2,78% manat təşkil edib.
Yerli düyünün qiyməti 2,80₼, idxal düyünün qiyməti isə 2,72₼ olub.