2024-cü ilin yanvar ayında Azərbaycanda uzun düyünün 1 kq-nın orta satış qiyməti 4.38₼ təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,16₼ və ya 3% azdır.
Bununla yanaşı yerli istehsal olan uzun düyünün 1 kq-ının qiyməti 4,56₼ təşkil edib ki, bu da illik fərqlə 0,72₼ və ya 14% azdır.
Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 4,21₼ təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0,23₼ və ya 6% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında 1 kq uzun düyünün orta qiyməti 4,54% manat təşkil edib.
Yerli düyünün qiyməti 5,28₼, idxal düyünün qiyməti isə 3,98₼ olub.