Banner

Statistika

Azərbaycanda traktor istehsalı dayanıb - Avtomobil İstehsalı Azalıb

Azərbaycanda traktor istehsalı dayanıb - Avtomobil İstehsalı Azalıb | FED.az
10:06 21 Yan 2021

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.

Eləcə də bax: Bu il Azərbaycanda istehsal olunmuş traktorların təxminən - Yarısı Satılmayıb

01.01.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 199 ədəd təşkil edib.

Ötən il Azərbaycanda traktor istehsalı isə 66.9% azalaraq 300 ədəd təşkil edib. Traktorlar üzrə 01.01.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 99 ədəd təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 300 ədəd traktor istehsal edildiyi açıqlanmışdı. Beləliklə, ötən ilin dekabr ayında Azərbaycanda traktor istehsal edilməyib. 

Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir. (Marja)

Banner
Banner

Digər xəbərlər