2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1497 ədəd minik avtomobili istehsal olunmuşdur.
Eləcə də bax: Azərbaycan minik avtomobili istehsalını - 20%-dən Çox Azaldıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 383 ədəd və ya 20.4% azalıb.
01.11.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 140 ədəd təşkil edib.
2019-cu ilin 10 ayı ilə müqayisədə 2020-ci ilin 10 ayında traktor istehsalı 70,6% azalaraq 250 ədəd təşkil edib. 01.11.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 112 ədəd təşkil edib. Bu, bu il istehsal edilmiş traktorların 45%-dir.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir. (Marja)