Azərbaycanda sürətli pul köçürmələrinin həcmi azalıb.
Eləcə də bax: Kreditlər manatda artıb, xarici valyutada azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, banklara daxil olan sürətli pul köçürmələrin sayı 207.9 min ədəd olmaqla 154.1 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 741 manat olmaqla).
Bildirək ki, bundan öncə bu növ pul köçürmələrdən banka daxil olmaların həcmi cari ilin avqustda 148.1 mln. manat, ötən ilin eyni dövründə 184.2 mln. manat olmuşdu. Belə ki. sürətli pul köçürmələrdən banka daxil olmaların həcmi aylıq müqayisədə 4% artsada, illik müqayisədə 16.3% azalıb.
Bundan əlavə banklardan kənara 87.3 minlik əməliyyat baş tutub ki, bunun məbləği 74.8 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 857.5 manat). 2020-ci ilin avqust ayında banklardan kənara 71 mln. manat, öncəki il isə 83.9 mln. manat vəsait köçürülmüşdü.