2021-ci ilin aprel ayında Azərbaycanda işsizlərin sayı 500 nəfər azalıb.
Eləcə də bax: “İşsizlər üçün çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq”
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi bildirir.
DSK-nin statistikasına görə, ölkədə 2022-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 313.5 min nəfər olmuş, onlardan 4 milyon 998.6 min nəfərini məşğul əhali təşkil edib.
İşsizlərin sayı isə 314.9 min nəfər olub ki, bu da işsizlik səviyyəsinin 5.926% təşkil etməsi deməkdir. İşsizlik səviyyəsi aprelin əvvəlində 5.943% idi.
Qeyd edək ki, rəsmi rəqəmlərə əsaslansaq işsizlik 2021-ci ilin 11-ci ayından sonra 6%-dən aşağı düşüb.
İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.
Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.