“İşsiz şəxslərin müraciətləri elektronlaşdırılacaq və onun məşğulluq imkanları qiymətləndiriləcək. Məşğulluq imkanları qiymətləndirildikdən sonra o, üç qrupa bölünəcək”
Eləcə də bax: Hökumətin yeni sistemində 100 minə yaxın - BOŞ İŞ YERİ TOPLANACAQ
FED.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Əmək və Məşğulluq” altsisteminin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.
Sədrin sözlərinə görə, əmək bazarında məşğulluq imkanlarının təmini baxımından çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq:
“Bunun nəticəsində şəxsə fərdi məşğulluq proqramı təsdiq olunacaq. Onun icrası nəticəsində isə biz işsizlərin əmək bazarına inteqrasiyasının ardıcıl həyata keçirilməsini təmin edəcəyik”. (Oxu.az)