2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 35 649 ton pendir və kəsmik istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pendir və kəsmiyin istehsalı 997,8 ton və ya 2,9 artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 34 651,2 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 61,5 ton təşkil edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 ton və ya 73,2% çoxdur.
01.09.2022-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 35,5 ton təşkil edib.