2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 18 053,4 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kərə yağının istehsalı 7,4% və ya 1 240,3 ton artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 16 813,1 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 85,4 ton təşkil edib.