Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni nisbətən 14,3 % artaraq 829 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın iqtisadi artım rəqəmi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft-qaz sektorunda orta maaş 3 486 manat, qeyri-neft-qaz sektorunda isə 778 manat olub.
Dövlət müəssisələrində çalışanlar orta hesabla 780 manat, özəl müəssisələrdə çalışanlar isə 885 manat maaş alıb.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. (Report)