2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 98,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 13%-i KEÇDİ, ƏRZAQ 22%-Ə YAXIN BAHALAŞIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.
Əlavə dəyərin 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrində, 14,2 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9748,9 manata bərabər olmuşdur.