2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda 2 122,6 ton mis konsentratı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mis konsentratı istehsalı 397,2 ton və ya 15,8% azalıb.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 2 519,8 ton təşkil edib.
01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 60,5 ton təşkil edib ki, bu da illik müqayisədə 3,1 ton və ya 5,4% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 57,4 ton olub.